Millimiz yoxlama matçları keçirəcək

18:24 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millsi iyunun 23-dən iyulun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Hafta.az xəbər verir ki, U-17 toplanış çərçivəsində iyunun 29-da və iyulun 1-də Tacikistanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoxlama oyunları keçirəcək.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hər iki görüşün saat 18:30-da başlanması planlaşdırılır.